...

Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni sədri seçilib

Siyasət Materials 30 Aprel 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının VI konfransında Əmanət Əzizov təşkilatın yeni sədri seçilib. Bu barədə bazar ertəsi YAP mətbuat xidmətindən məlumat verilib. Konfransda YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımov, deputat Əhəd Abiyev iştirak ediblər.

YAP Masallı rayon təşkilatının sədri Şirvan Əbilov V konfransdan ötən dövr ərzində görülmüş işlər haqqında geniş hesabat məruzəsi ilə çıxış edib. Konfransda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, deputat Əhəd Abiyev çıxış ediblər. Konfransda YAP rayon təşkilatının 43 nəfərdən ibarət şurası, 13 nəfər tərkibdə idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Konfransda Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti