...

Politoloq: Estoniya hökuməti və parlamenti Rusiyaya münasibətdə tədbirlər paketini nəzərdən keçirəcək

Siyasət Materials 3 May 2007 17:49 (UTC +04:00)
Politoloq: Estoniya hökuməti və parlamenti Rusiyaya münasibətdə tədbirlər paketini nəzərdən keçirəcək

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Bu gün Estoniya parlamenti günün ikinci yarısında ölkə rəhbərliyinin Rusiyaya münasibətdə tədbirlər paketini nəzərdən keçirəcək. Bu barədə cümə axşamı telefon vasitəsilə Trend ə Estoniya parlamentinin Avropa Birliyi işləri üzrə komissiyasının rəhbəri Marko Mixkelson məlumat verib.

Tədbirlər paketi hökumət tərəfindən nəzərdən keçiriləcək, sonra Estoniya xarici işlər naziri tərəfindən beynəlxalq işlər və Avropa Birliyi məsələləri üzrə parlment komitələrinə təqdim olunacaq. Mixkelson tədbirlər planının detallarını açıqlamayıb.

Rusiya-Estoniya münasibətlərində çətinliklər Estoniya rəhbərliyinin Tallində xilaskar əsgər abidəsinin sökülməsi ilə bağlı qərar verməsi nəticəsində yaranıb. Aprelin 27-nə keçən gecə Estoniya paytaxtında kütləvi etiraz aksiyaları ilə yanaşı memorialda dəfn olunmuş sovet əsgərlərinin qalıqları eqzqumasiya olunub. Son bir neçə gün ərzində Rusiyanın "Naşi", "Mestnıe" və "Molodaya qvardiya" gənclər hərəkatlarının fəalları Estoniyanın Moskvadakı səfirliyi qarşısında xilaskar əsgər abidəsinin köçürülməsinə etiraz əlaməti olaraq piket keçirir. Bu yaxınlarda gənc fəallar Estoniyanın Rusiyadakı səfirinin mətbuat konfransı keçirməsinin qarşısını almağa da cəhd edib. Çərşənbə günü Avropa Birliyi Estoniyanın Moskvadakı səfirliyi ətrafında artan narahatlıqla bağlı nümayəndə heyətini göndərmək niyyətində olduğu barədə məlumat verib. Bu gün həmçinin NATO Moskvada eston diplomatlarının təhlükəsizliyi üçün yaranmış təhlükəyə görə dərin narahatlığını bildirib.

"Biz Moskvadakı səfirliyimiz ətrafındakı vəziyyəti problem mənbəyi kimi görürük. Hazırda Rusiya diplomatik münasibətlər üzrə qəbul olunmuş Vyana konvensiyasının öhdəliklərini yerinə yetirmir. Bizim Moskvadakı səfirliyimiz artıq yeddi gündür ki, mühasirədədir və bizim diplomatlar üçün təhlükə mövcuddur. Səfirlik təhlükədədir, təəssüf ki, Rusiyanın rəsmi rəhbərliyi bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Bu, yalnız Rusiya və Estoiya münasibətlərinə deyil, həmçinin AB və Rusiya münasibətlərinə də təsir edir", deyə o bildirib.

Estoniyalı parlamentari məlumat verib ki, ölkə rəhbərliyi tərəfindən Rusiyaya münasibətdə tədbirldər paketinin təsdiqindən sonra layihə Rusiya ilə münasibətdə strategiyanın hazırlanması üçün Avropa Birliyinə təqdim olunacaq.

"Estoniya AB və NATO-nun üzvüdür və biz Rusiya prezidentinin administrasiyası, Rusiya XİN-dən olan hökumət strukturları tərəfindən Estnoniyanın rəsmi saytlarına qarşı hücumların getdiyi bu vəziyyətə dözə bilmərik", - deyə Mixkelson bildirib.

Onun sözlərinə görə, Tallində xilaskar əsgər abidəsi qəbiristanlığa yeni yerə köçürülüb və heykəlin özü bütöv haldadır. Mayın 8-də Estoniya parlamenti ikinci dünya müharibəsində həlak olmuşların xatirəsini yad etmək üçün müxtəlif ölkələrin nümayəndələrini toplayacaq.

Xəbər lenti

Xəbər lenti