...

Azərbaycanın İcra Məcəlləsi qəbul olunacaq

Siyasət Materials 7 May 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycanın İcra Məcəlləsi üzərində iş yekunlaşmaq üzrədir. Bu barədə bazar ertəsi Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Hüseyn Əlixanov məlumat verib. Əlixanov bildirib ki, Məcəllənin hazırlanması məqsədilə ötən ilin oktyabrında İşçi Qrup yaradılıb. Yaxın müddətdə İcra Məcəlləsinin layihəsi qəbul olunmaq üçün Milli Məclisə təqdim ediləcək.

Məcəllədə tərəflərin-borclu və cavabdehin hüquq və vəzifələri, məhkəmə qərarını icra etmədiyi halda borclunun məsuliyyəti və görülən tədbirlər, hərracların keçirilməsi, məhkəmə icraçılarının səlahiyyətləri və s. məsələlər əksini tapıb. Əlixanovun sözlərinə görə, dünyanın bir neçə ölkəsində İcra Məcəlləsi qəbul olunub: "Keçmiş Sovet respublikalarında və Avropa ölkələrində İcra Məcəlləsi qəbul olunmayıb. Bu Məcəllə bizim üçün əsas qanun olacaq. "Məhkəmə qərarlarının icrası haqqında" qanunda vaxtı keçmiş normalar, müəyyən boşluqlar var. Bu problemlər İcra Məcəlləsində həllini tapacaq".

İdarə rəisinin sözlərinə görə, İcra Məcəlləsinin layihəsi Avropa standartlarına uyğun olaraq Azərbaycanın bu sahədəki təcrübəsi nəzərə alınmaqla hazırlanıb. İcra Məcəlləsinin ilin sonunadək qəbulu gözlənilir.

Xəbər lenti

Xəbər lenti