Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Nikola Sarkozinin Fransanın yeni prezidenti seçilməsi Azərbaycana yaxşı heç nə vəd etmir. Azərbaycanlı politoloq Vəfa Quluzadə belə hesab edir. Azərbaycanın əsas problemi - Dağlıq Qarabağ probleminə münasibətdə Fransanın yeni prezidenti onu seçkilərdə dəstəkləmiş Ermənistanın mövqeyinin tərəfdarıdır, deyə politoloq bazar ertəsi bəyan edib.
Sarkozinin Fransanın yeni prezidenti seçilməsini azərbaycanlı politoloq Fransa xalqının iradəsinin əks olunması kimi nəzərdən keçirmir, "bu, Fransada hazırda hökmranlıq edən müəyyən oliqarx hərbi-sənaye kompleksinin seçimidir", deyə Quluzadə bəyan edib.
Azərbaycan-Fransa münasibətlərinin gələcəyinə toxunan politoloq qeyd edib ki, münasibətlərin hazırkı səviyyəsini inkişaf etmiş hesab etmir. "Bizim iqtisadi münasibətlərimiz qarşılıqlı gəlirli əsasda qurulur", deyə o vurğulayıb.
Digər azərbaycanlı politoloq Rasim Musabəyov hesab edir ki, Fransanın yeni prezidentinin seçilməsi ilə bu ölkənin Azərbaycana münasibətdə siyasəti prinsipial olaraq dəyişməyəcək. O, bunu dövlət başçısının vaxtilə Jak Jirakı dəstəkləyən siyasi partiyanın nümayəndəsi olması ilə izah edib. "Bu halda fikriləşirəm ki, siyasətin varsiliyi təmin olunacaq", deyə o bildirib.
Politoloq həmçinin Fransanın siyasi kursunda müəyyən dəyişikliklərin həyata keçiriləcəyi imkanını da istisna etməyib. Onun sözlərinə görə, Şirak regionun problemlərinə və Dağlıq Qarabağ münaqişəsinin həllinə yüksək diqqət göstərib. Sarkozini isə ilk vaxtlarda Qarabağ problemi maraqlandırmayacaq, o, əsas diqqəti daxili siyasi problemlərə və Avropa inteqrasiyası məsələsinə ayıracaq. Politoloqun fikrincə, ümimilikdə Fransanın kursu əvvəlki kimi qalacaq.
Ötən bazar günü Fransa prezidenti postuna baş tutmuş seçkilərin yekununa əsasən, sağ quvvələrin nümayəndəsi Sarkozi 53,06 faiz, sosialist Seqolen Ruayal isə 46,94 faiz səs toplayıb. İki namizəd arasında fərq seçicilərin iki miylondan çox səsi təşkil edib.
Bu seçkilərdə iştirak son iki il ərzində ən yüksək olub, göstərici 85%-i üstələyib.