...

Bakı Şəhər İcra Hakimiyyəti daha bir mitinqə icazə verdi

Siyasət Materials 8 May 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bakı Şəhər İcra Hakimiyyəti "Azərbaycan Yolu" Siyasi Hərəkatının qiymət artımına etiraz olaraq mayın 12-də Bakıda keçirəcəyi mitinqə icazə verib. Bu barədə çərşənbə axşamı Siyasi Hərəkatdan məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilir ki, "Sərbəst toplanmaq azadlığı haqqında" qanunun müddəalarına riayət etmək şərtilə, mayın 12-də saat 16.00-dan 18.00-dək metrounun "Həzi Aslanov" stansiyası yaxınlığındakı "Ukrayna" meydanında planlaşdırılan mitinqə etiraz edilmir.

"Azərbaycan Yolu" Siyasi Hərəkatı Azərbaycanda enerjidaşıyıcıların, kommunal xidmətin qiymətinin artırılmasına etiraz edir.

Müxalifətyönlü ictimai qurum olan "Azərbaycan yolu" Siyasi Hərəkatının lideri İlqar Qasımovdur. Qasımov Rusiyanın ədliyyə generalıdır.

Xəbər lenti

Xəbər lenti