...

Azərbaycan Dövlət Miqrasiya Xidməti ilin sonunadək tam fəaliyyətə başlayacaq (video)

Siyasət Materials 8 May 2007 14:02 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidməti ilin sonunadək tam fəaliyyətə başlayacaq (video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Dövlət Miqrasiya Xidməti ilin sonunadək tam fəaliyyətə başlayacaq. Çərşənbə axşamı jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib ki, rəhbəri olduğu qurum yeni yarandığından hələlik tam fəaliyyətə başlamayıb. Onun sözlərinə görə, ölkə başçısının tapşırıqları ilə bağlı müvafiq tədbirlər həyata keçirilir: "Xidmətin ştat strukturu, say tərkibi hazırlanmalı və təsdiq olunmalı, müvafiq tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər həyata keçiriləndən sonra xidmət tam fəaliyyətə başlaya bilər".

Azərbaycan Dövlət Miqrasiya Xidməti prezidentin bu il martın 19-da imzaladığı sərəncama əsasən yaradılıb.

Xəbər lenti

Xəbər lenti