Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Almaniyanın Azərbaycandakı səfiri Piter Stankina bu gün Lənkəran Dövlət Universitetində Alman Dili və Ədəbiyyatı Mərkəzinin açılışında iştirak edib. Universitetin fəaliyyəti ilə tanış olan səfir Azərbaycan-Almaniya əlaqələrinin dərin kökündən danışıb. Səfirin sözlərinə görə, Azərbaycana ilk alman mühacirləri 1815-ci ildə gəlib və onlar bununla bağlı kitab yazıblar.
"Almaniya ilə Azərbaycan universitetləri arasında tələbə mübadilələrinin aparılması daha da inkişaf etdirilməlidir"- deyə Stankina bildirib. Səfir deyib ki, Lənkəran Dövlət Universitetinin ən əlaçı tələbəsi təhsilini Almaniyada davam etdirməsi üçün həmin ölkəyə göndəriləcək.
Sonra səfir Almaniya tarixinə, turizminə aid kitabları universitetə bağışlayıb.
Azərbaycanın Lənkəran rayonu paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.