...

Azərbaycanın gömrük orqanlarının 1700 əməkdaşı tutduğu vəzifədən azad olunub

Siyasət Materials 10 May 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Son 12 ildə Azərbaycanın gömrük orqanlarında şəffaflığın artırılması məqsədilə 1700 əməkdaş tutduğu vəzifədən azad olunub, 2000-dən artıq əməkdaş isə intizam və cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə cümə axşamı Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Onu sözlərinə görə "Azpetrol"şirkətlər qrupunun əməkdaşları ilə əlbir olan və qanunsuz fəaliyyətlə məşğul olan bir neçə gömrük işçiləri həbs olunub.

Əliyev bildirib ki, gömrük orqanlarındə işçilərin peşəkarlığının artırılması, qanunsuz əməllərin qarşısını almaq üçün intensiv monitorinqlər aparılır. Bunula bağlı yaxın vaxtlarda ABŞ-dan gələn mütəxəssislər də monitorinq keçiriblər.

Komitə sədri bildirib ki, gələcəkdə də gömrük işçilərinin fəaliyyətində şəffaflığı artırmaq məqsədilə birgə treninqlərin keçirilməsi nəzərdə tutulur. Əliyev deyib ki, komitə rəhbərliyi tərəfindən yaxın 3 ay ərzində ixracat nəzarəti ilə bağlı sərhədlərdə ilk dəfə treninq keçiriləcək. Bununa əlaqədar ABŞ mütəxəssisləri ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti