...

Millət vəkilləri cəbhə bölgəsinə gedəcəklər

Siyasət Materials 11 May 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti cəbhə bölgəsinə səfər edəcək. Bu barədə cümə günü Bakıda Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, səfərlə bağlı hazırlıq görülür, səfərin tarixi və cəbhə bölgəsinə gedəcək deputatların siyahısı dəqiqləşdirilir.

Millət vəkili cəbhə bölgəsində yerləşən hansı rayona səfər edəcəklərini açıqlamayıb.

Səfərdə məqsəd cəbhə bölgəsində yerləşən hərbi hissələrdəki şəraitlə, zabit və əsgərlərin durumu və problemləri ilə yerindəcə tanış olmaqdır.

Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti bir necə dəfə cəbhə bölgəsinə səfər edib.

Xəbər lenti

Xəbər lenti