...

Azərbaycanın xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin toplantısında iştirak edib

Siyasət Materials 11 May 2007 21:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend E.Hüseynov/ Azərbaycanın xarici işlər naziri cümə günü Strasburqda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 117-ci toplantısında iştirak edib. Bu barədə cümə günü Azərbayacanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantıda iştirak edən nazir Komitə üzvlərini Azırbaycandakı ictimai-siyasi vəziyyət, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, Dağlıq Qarabağ tənzimləməsi prosesi barədə məlumatlandırıb.

Avropa Şurasının saytında olan məlumata əsasən, San-Marino xarici işlər naziri Fiorenso Stolfinin rəhbərliyi ili keçirilən toplantıda ümumilikdə iki il bundan əvvəl Varşavada Avropa Şurası dövlət və hökumət başçılarının toplantısında qəbul olunmuş qərarların icrası müzakirə olunub. Nazirlər Avropa İttifaqı ilə əməkdaşlığın yeni çərçivədə möhkəmlənməsini nəzərdə tutan Memorandumun imzalanmasını alqışlayıblar. Çernaqoriya Respublikasının Avropa Şurasına üzv qəbul olunması barədə qərar qəbul olunub.

Sonda Nazirlər komitəsində sədrliyi San-Marinodan Serbiya qəbiul edib.

Səfir bildirib ki, Strasburqdakı görüş çərçivəsində nazir isveçli həmkarı, AŞ-ın insan haqları üzrə komissarı Tomas Hammerberqlə, Aqo Qrupunun rəhbərliyi, Minsk qrupu həmsədrləri ilə görüşüb. Elmar Məmmədyarovun Strasburqa ikigünlük səfəri cümə günü axşam sona çatır.

Səfir bildirib ki, Strasburqdakı görüş çərçivəsində nazir isveçli həmkarı, AŞ-ın insan haqları üzrə komissarı Tomas Hammerberqlə, Aqo Qrupunun rəhbərliyi, Minsk qrupu həmsədrləri ilə görüşüb. Elmar Məmmədyarovun Strasburqa ikigünlük səfəri cümə günü axşam sona çatır.

Xəbər lenti

Xəbər lenti