...

ATƏT sədri Azərbaycan və Ermənistan hakimiyyətlərinə müraciət edib

Siyasət Materials 14 May 2007 20:49 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend P.Əmircanov/ATƏT sədri Miqel Anxel Moratinos bildirib ki, regiona səfərində məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdir. Qurum rəhbəri Azərbaycan və Ermənistan hakimiyyətlərinə də müraciət edib. Bu barədə Trend ATV-yə istinadən xəbər verir.

"İspaniya həmsədrlərin səylərini dəstəkləməyə hazırdır"- deyə qeyd edib. İyunun 4-də Bakıda, bir gün sonra isə İrəvanda olacaq sədr deyib ki, "Mən Azərbaycan və Ermənistan hakimiyyətlərini mövcud siyasi şəraitə uyğun tədbirlər görməyə və bu uzanmış münaqişədə razılığın əldə olunması üçün, eləcə də vasitəçilərin zəhmətini nəzərə alaraq razılığa gəlməyə və bu yolda mümkün hər şeyi etməyə çağırıram".

Xəbər lenti

Xəbər lenti