...

Fransalı politoloq: "Sarkozinin hakimiyyətə gəlməsi Azərbaycan və Fransa arasında münasibətlərdə heç nəyi dəyişməyəcək"

Siyasət Materials 15 May 2007 15:10 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Sarkozinin hakimiyyətə gəlməsi Azərbaycan və Fransa arasında münasibətlərdə heç nəyi dəyişməyəcək. Fransanın Strateji və Beynəlxalq Münasibətlər İnstitutunda (IRIS) Araşdırmalar Proqramının direktoru, politoloq Lor Delkur belə hesab edir.

Çərşənbə axşamı Parisdən telefon vasitəsilə politoloq bildirib ki, keçən ilin sonunda "erməni soyqırımı"nın inkar edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Fransa Senatında təsdiq olunmaması ilə Fransa Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinə münasibətdə özünün neytrallığına inandırıb.

Delkurun fikrincə, Azərbaycan hətta özünün diplomatik və siyasi əlaqələri ilə Fransanın Qafqazda əsas iqtisadi əməkdaşıdır. Fransa Azərbaycanın xarici mal dövriyyəsində altıncı və xarici investorlar arasında dördüncü yeri tutur. Bakı-Tbilisi-Ceyhan boru kəməri isə Fransanın neft şirkətləri üçün yeni imkanlar açıb.

O, qeyd edib ki, Fransa 1997-ci ildən ATƏT-in Ermənsiatn-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Minsk qrupunun həmsədridir. Onun sözlərinə görə, Fransa Avropa Birliyi vasitəsilə və 2004-cü ildən Azərbaycanın qoşulduğu Avropa Qonşuluq Siyasəti proqramı ilə Azərbaycanla münasibətlərini saxlayır. Politoloqun sözlərinə görə, SSRİ-nin süqutundan sonra Fransa tarixi əlaqələrə əsaslanaraq Rusiyanın regionda birincilik siyasətini inkişaf etdirməyə başladı. Lakin 1992-1994-cü illərdə MDB ölkələrinə maraq göstərməyə başlayır, Azərbaycan və Fransa arasında münasibətlər də əsasən sonuncu rübdə durmadan inkişaf etməyə başladı. Azərbaycanla dostluq və əməkdaşlıq haqqında müqavilə 1993-cü ildə imzalanıb. Həmçinin 1993-1994-cü illərdə yüksək səviyyələrdə bir sıra səfərlər həyata keçirilib. Prezident Heydər Əliyevin Fransaya ilk rəsmi səfəri 1997-ci ilin yanvarında baş tutub. 2004-cü ildə prezident İlham Əliyev dövlət başçısı qismində Fransaya səfər edib.

Nikolya Sarkozi mayın 6-da Fransanın prezidenti seçilib. Ona seçicilərin 53 faizi səs verib. Onun əsas rəqibi Seqolen Ruayal 47 faiz səs əldə edib. Yeni prezident vəzifəsinin icrasına rəsmən mayın 16-da inaqurasiya mərasimindən sonra başlayacaq.

Xəbər lenti

Xəbər lenti