...

XİN rəhbəri: "Azərbaycan Avropa Birliyi və Macarıstan üçün vacib əməkdaşdır"

Siyasət Materials 18 May 2007 12:58 (UTC +04:00)
XİN rəhbəri: "Azərbaycan Avropa Birliyi və Macarıstan üçün vacib əməkdaşdır"

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan Avropa Birliyi və Macarıstan üçün vacib əməkdaşdır. Bu barədə cümə günü Bakıda Macarıstanın xarici işlər naziri Kinqa Qents azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekununa həsr olunmuş brifinqdə bəyan edib.

Onun sözlərinə görə, 3 ildən çoxdur ki, AB-nin üzvü olan Macarıstan Azərbaycanın AB-yə inteqrasiyasında əhəmiyyətli dəstək göstərə bilər.

Danışıqlarda ikitərəfli və regional əlaqələrin geniş spektri müzakirə olunub. Tərəflər həmçinin energetika sahəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparıb.

Qentsin bəyan etdiyi kimi, Macarıstan Azərbaycan qazının ixracında maraqlıdır və bu məsələ Azərbaycan tərəfi ilə danışıqlar zamanı müzakirə olunacaq. Macarıstan tərəfindən danışıqları nümayəndə heyətinin tərkibində olan Macarıstan neft-qaz şirkətinin rəhbəri aparacaq.

Qents məlumat verib ki, Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafındakı vəziyyət müzakirə olunub. Macarıstan xarici işlər naziri həmçinin Məmmədyarovu rəsmi səfərlə Macarıstana səfərə dəvət edib.

Məmmədyarov öz növbəsində brifinqdə məlumat verib ki, Azərbaycan Macarıstanla hərtərəfli əməkdaşlıqda maraqlıdır. "Bu məqsədlə macar həmkarlarımız ilə görüşdə biz Azərbaycanda Macarıstan səfirliyinin açılması məsələsini nəzərdən keçirmişik" - deyə o bildirib.

Azərbaycan XİN rəhbərinin sözlərinə görə, üç il ərzində iki ölkə arasında mal dövriyyəsi 169 faiz artıb. "Biz qeyri-neft sahəsində əməkdaşlığın hesabına mal dövriyyəsi səviyyəsini yüksəltmək niyyətindəyik" - deyə Məmmədyarov vurğulayıb.

Azərbaycan nazirinin sözlərinə görə, Macarıstan tərəfi ilə danışıqların yekununa əsasən "Birgə investisiyaların müdafiəsi və təşviqində əməkdaşlıq haqqında" saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti