...

İntizam Komissiyasının üzvü: "Hüseyn Abdullayevə şərti cəza verildiyinə görə bundan sonra deputat kimi fəaliyyət göstərə bilməz"

Siyasət Materials 18 May 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hüseyn Abdullayevə şərti cəza verildiyinə görə o, bundan sonra deputat kimi fəaliyyət göstərə bilməz. Bu barədə cümə günü Bakıda Milli Məclisin İntizam Komissiyasının üzvü, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

O qeyd edib ki, qanunvericiliyə görə, haqqında məhkəmə qərarı olan, şərti olaraq azaldıqdan məhrum edilən şəxslər deputat kimi fəaliyyət göstərə bilməzlər: "Hüseyn Abdullayev şərti olaraq azaldıqdan məhrum edildiyinə görə, onun deputat mandatı ləğv olunacaq".

Qəzənfəroğlu bildirib ki, Abdullayevin Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququ var. Əgər yuxarı instansiya məhkəməsi Səbail Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlasa, Abdullayevin deputat mandatı ləğv olunacaq.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Fəzail Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Milli Məclisin İntizam Komissiyası baş vermiş insidentə görə Ağamalıya töhmət verib.

Xəbər lenti

Xəbər lenti