Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ GUAM-ın Bakıdakı sammitində bəzi nəqliyyat layihələrinin müzakirəsi planlaşdırılır. Bu sözləri cümə günü Kiyev vilayətinin Beynəlxalq İnvestisiya Forumunda çıxış edən Ukrayna prezidenti Viktor Yuşşenko deyib.
"Bir aydan sonra biz GUAM çərçivəsində bəzi nəqliyyat layihələrini nəzərdən keçirəcəyik. Bu layihələrin məqsədi Cənubi Qafqaz dövlətlərini və Ukraynanı yaxınlaşdırmaqdır " - deyə Yuşşenko bildirib.
Prezidentin sözlərinə görə, söhbət Kerç-Poti bərə xəttinin istifadəyə verilməsindən gedir.
Bundan əlavə, Ukrayna dövlət başçısı bildirib ki, sammit zamanı GUAM-ın siyasi himayəsi altında Azərbaycandan keçərək Qara dəniz və Türkiyə limanlarına çıxacaq iki dəmir yolu xəttinin inşası müzakirə olunacaq.
"Bu, iri regional infrastruktur layihəsidir. Artıq bu gün həmin layihə ilə bağlı siyasi müstəvidə kifayət qədər aktiv, prezentativ siyasi söhbətlər aparılır. Siz tezliklə investorun rolunun nə dərəcədə vacib olacağını görəcəksiniz" - deyə Yuşşenko vurğulayıb.