...

Rusiya XİN rəhbəri Azərbaycana MDB, Xəzər və Dağlıq Qarabağ problemlərini müzakirə etməyə gəlir

Siyasət Materials 18 May 2007 16:25 (UTC +04:00)
Rusiya XİN rəhbəri Azərbaycana MDB, Xəzər və Dağlıq Qarabağ problemlərini müzakirə etməyə gəlir

Rusiya XİN rəhbəri Sergey Lavrov mayın 21-22-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə bu gün xarici siyasət idarəsindən İTAR-TASS məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunacaq Sergey Lavrov baş nazir Artur Rəsizadə, XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcək.

Nazirlikdən bildiriblər ki, danışıqlarda əsas diqqət mərkəzində "dövlətlərarası münasibətlərdə bütün sahələrdə qarşılıqlı təsirin müasirləşdirilməsi istiqamətində yüksək səviyyədə razılığın həyata keçirilməsi" olacaq.

Lavrov və Məmmədyarov "MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq təşkilatlarda koordinasiya fəaliyyətinin artırılmasını müzakirə edəcək". "BMT, ATƏT, AŞ-də atılan addımlar tutuşdurulacaq",-deyə RF XİN-dən bildirilib.

Qarabağ münaqişəsinin tənzimlənməsinə də diqqət ayrılacaq. "Rusiya münaqişə tərəflərinə kompramis həll variantı tapmağa yardım etmək istəyir. Amma məsələnin tənzimlənməsinin əsas formulu Azərbaycan və Ermənistanın əlindədir. Rusiya tərəflər arasında kompormis nəticəsində əldə olunmuş razılığı dəstəkləməyə hazırdır və tərəflərin əldə etdiyi razılığa zamin ola bilər".

Xəzər dənizinin hüquqi stratusu ilə bağlı məsələnin, regionda təhlükəsizliyin təmin olunması, ikinci Xəzər sammitinin keirilməsi perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Rusiya XİN-dən bildiriblər ki: "Bizim üçün mühüm olan Azərbayacan rəhbərliyi tərəfindən hazırda ölkələrimiz arasında mövcud olan vəziyyət və əlaqələrin inkişaf perspektivinin qiymətləndilməsidir. Rusiya üçün Azərbaycan uzunmüddətli perspektivlər üçün mühüm strateji tərəfdaşdır".

"İqtisadi nöqteyi-nəzərdən əməkdaşlıq daha əhəmiyyətlidir. Rusiya və Azərbaycanda yüksək iqtisadi inkişaf tempi qarşılıqlı iqtisadi əməkdaşlıq qismində ölkələri cəlb edir",-deyə nazirlikdən bildirilib.

"Yanacaq-energetika komleksi, texnoloji elmlər sahəsi, innovasiya fəaliyyəti, həmçinin RF və Azərbaycanın subyektləri arasında təsərrüfat əlaqələrinin genişləndirilməsi üçün perspektiv imkanlar açılır",-deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti