...

İnsan alveri ilə məşğul olan iki azərbaycanlı qadın saxlanılıb

Siyasət Materials 22 May 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İnsan alveri ilə məşğul olan iki azərbaycanlı qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən çərşənbə axşamı bildirilib ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Məhəbbət Rəhimova qadınları Türkiyəyə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Solmaz Əbiyeva qadınları Pakistana aparıb cinsi istismara məruz qoymaları faktları ilə əlaqədar tutulublar. Onlar barəsində cinayət işi açılıb. Rəhimova və Əbiyevanın qanunsuz hərəkətlərinin qurbanı olmuş qadınların dairəsi müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti