Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin cərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, həftədə bir dəfə carı məsələlər adı altında parlamentdə keçirilən müzakirələr ləğv olunmalıdır.
Qurbanlı qeyd edib ki, qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ olan deputatlar bunu Milli Məclisin müvafiq komissiyalarında edə bilərlər. "Amma burada çıxış edən deputatların əksəriyyəti komisiyaların iclaslarında heç bir fəallıq göstərmirlər. Bu, əsasən müxalifəti təmsil edən deputatlara aiddir. Onların dedikləri daha çox mətbuatda özlərini təbliğ etməyə hesablanıb. Ona görə də carı məsələlər adı altında aparılan müzakirələr tamamilə ləğv olunmalıdır" - deyə Qurbanov bildirib.
Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə buna cavab olaraq bildirib ki, hər bir millət vəkilinin mətbuatda öz fikirlərini təbliğ etmək hüququ var və bunu heç kim məhdudlaşdıra bilməz.
Deputat Cəmil Həsənli də Qurbanlının təklifinə qarşı çıxıb, bildirib ki, əgər kiminsə parlamentdə deməyə sözü yoxdursa, onda çıxışa yazılmasın. Eyni zamanda, çıxış etmək istəyən deputatlara mane olmasınlar.