...

Azərbaycanın Türkiyədəki səfirliyi Respublika günü münasibətilə tədbirlər planı hazırlayıb

Siyasət Materials 24 May 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Türkiyədəki səfirliyi 28 may Respublika günü münasibətilə tədbirlər planı hazırlayıb. Səfirliyin ictimaiyyət və mətbuatla iş üzrə nümayəndəsi Gültəkin Həbibli cümə axşamı bildirib ki, tədbirlər planına əsasən, səfirliyin hazırladığı materiallar, o cümlədən Azərbaycan Demokratik Cumhuriyyətinin yaranması, fəaliyyəti, qurucuları haqqında Türkiyədə nəşr olunan qəzetlərdə dərc olunacaq. Bu məqsədlə səfir Zakir Həşimovun Türkiyə mətbuatında çıxışı nəzərdə tutulub.

Bundan başqa sabah səfirliyin binasında hökumət, dövlət adamları, Türkiyə parlamentinin üzvlərinin iştirakı ilə mərasim keçiriləcək.

Xəbər lenti

Xəbər lenti