...

Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri dəyişdirilib

Siyasət Materials 25 May 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının VI konfransında Habil Qurbanov təşkilatın yeni sədri seçilib. Bu barədə cümə günü Bakıda YAP mətbuat xidmətindən məlumat verilib.

Konfransda 271 nümayəndə iştirak edib. YAP Zaqatala rayon təşkilatının keçmiş sədri Hacıməmməd Ramazanovun ötən dövr ərzində görülən işlər barəsində geniş hesabat məruzəsi dinlənilib.ib.Hesabat dövründə təşkilatın qazandığı uğurlar, qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verən Ramazanov rəhbərlik etdiyi təşkilatın fəaliyyətində yol verilən nöqsanlardan da danışıb. danışıb. Konfransda YAP İdarə Heyətinin üzvü, icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib. Konfransda gündəliyə uyğun olaraq təşkilati məsələlər də müzakirə olunub. Rayon təşkilatının 45 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. Konfrans nümayəndələri adından Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti