...

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Siyasət Materials 29 May 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend müxbir P.Əliyeva/ Ələt-Astara yolunun 206-cı kilometrliyində Lənkəran rayonunun Gərmətük qəsəbəsinə keçən hissəsində bu gün ölümlə nəticələnən yol-nəqlityyat hadisəsi baş verib.

Lənkəran rayonunun Hirkan kənd sakini, 1976-ci il təvvəlüdlü Xalid Ramazan oğlu Rəhimov idarə etdiyi VAZ 21 099 markalı, 10 LN 559 dövlət nömrə nişanlı avtomaşınla VAZ 2106 markalı 42 BX 543 nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə VAZ 2106 markalı avtomobildə olan sərnişin Gərmətük kənd sakini, 1971-ci təvəllüdlü Şaiq Şahgəldi oğlu Musayev aldığı çoxsaylı bədən xəsarətlərindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Hər iki avtomobilin sürücüsü aldığı xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasının travmotologiya şöbəsində yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdarma aparılır.

Lənkəran rayonu paytaxt Bakıdan 268 kilometr cənubunda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti