...

Avropa Şurası Konqresi milli nümayəndə heyətlərindən gender bərabərliyinə riayət etməyi tələb edib

Siyasət Materials 30 May 2007 17:29 (UTC +04:00)

Fransa, Strasburq /müxbir Trend A.İsmayılova/Çərşənbə günü Avropa Şurasının Yerli və Regional Konqresinin plenar iclasının açılışında milli nümayəndə heyətlərinin tərkibində qadınların iştirakı kvotasının təmin edilməsi tələbi irəli sürülüb.

Sessiyada çıxış edən məruzəçilər Andres Knar (Anders Knape) və Günter Kra (Gunter Krug) qeyd ebib ki, Konqresin yeni nizamnaməsinə əsasən, gələn ilə qədər milli nümayəndə heyətləri qadınların 30 faiz iştirakınının təmin olunması məsələsini həll etməlidir.

Qeyd olunub ki, əgər tələb təmin olunmasa, gələn il gender bərabərliyinə riayət etməyən milli nümayəndə heyətlərinin tərkibinin təsdiqi rədd olunacaq.

Yerli və Regional Konqresdə Avropa Şurasının 47 üzv dövlətinin milli nümayəndə heyətləri təmsil olunub. Azərbaycan nümayəndə heyəti yerli hakimiyyət orqanlarının 12 nümayəndəsindən ibarətdir. Onlardan altısı Konqresin Yerli Hakimiyyət Palatasında (Əbülfəz Babayev (Sumqayıt), İlham Xəlilov (Bakı), Şəmistan Yusifov (Samux), Səadat Quliyeva (Əli-Bayramlı), Xatirə Hüseynova (Bakı), Gülnaz Salamova (Şəki)) və altısı Regional Hakimiyyət Palatasında ((Rauf Əliyev (Naxçıvan), Anar İbrahimov (Naxçıvan), Cavid Səfərov (Naxçıvan), Mailə Hacıyeva (Naxçıvan), Huseyn Həşimli (Naxçıvan), Elçin Məmmədov (Naxçıvan)) təmsil olunur.

Xəbər lenti

Xəbər lenti