...

Azərbaycan prezidenti Latviya və İtaliya dövlət başçılarına təbrik məktubları göndərib

Siyasət Materials 1 İyun 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü Latviya prezidenti Valdis Zatlersə məktub göndərib. Bu barədə Trend xəbər verir. Məktubda prezident latviyalı həmkarını prezident seçilməsi münasibətilə təbrik edib, Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq duyduğunu, dostluğumuzun və əməkdaşlığımızın sabit və davamlı inkişafı üçün səylərin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Prezidenti İlham Əliyev Milli bayram - Respublika günü münasibətilə İtaliya prezidenti C.Napolitanoya və baş nazir Romano Prodiyə də təbrik məktubları göndərib. Məktublarda

Azərbaycan-İtaliya əlaqələrinin uğurla inkişaf etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti