...

Müsavat funksioneri: "Müxalifət daxilində kəşfiyyat xarakterli danışıqlar aparılır"

Siyasət Materials 4 İyun 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası müxalifəti təmsil edən bir neçə siyasi partiya ilə ikitəfli və çoxtərəfli danışıqlar aparır. Bu barədə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bazar ertəsi açıqlama verib.

Onun sözlərinə görə, demokratik düşərgədə təmsil olunan siyasi qüvvələrin bir araya gəlməsi üçün bir neçə təklif irəli sürülüb. Bu təkliflər əsasında partiylararası danışıqlar aparılır: "Həm siyasi partiyaların Forumu çərçivəsində, həm də müxalifətin yeni Alyansının yaradılması ilə bağlı müzakirələr aparılır. Amma mən hesab edirəm ki, bu müzakirələrin yaxın zamanda effekt verəcəyini, ciddi birliklərin yaradılacağını gözləmək yersizdir. Çünki hər bir partiya siyasi proseslərdə öz təşkilati maraqları əsasında fəaliyyət göstərir, öz maraqlarından çıxış edir"-deyə Hacılı bildirib.

Müsavat funksionerinin sözlərinə görə, həm də qarşıdan önəmli bir seçkinin gəldiyini nəzərə alsaq, müxalifətdaxili müzakirələrin kəşfiyyat xarkteri daşıdığını söyləmək olar.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya hazırda beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti