...

Qənirə Paşayeva: "Ailə Məcəlləsinə dəyişiklik edilməlidir"

Siyasət Materials 5 İyun 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputat Qənirə Paşayeva Ailə Məcəlləsinə dəyişiklik olunmasını, məcəlləyə ailə qurmaq istəyən cavanlardan nigahdan əvvəl tibbi arayışın tələb olunması barədə müddəanın salınmasını təklif edib.

Deputatın sözlərinə görə, ailə quran gənclər tibbi müayinədən keçmirlər və bu da bəzi hallarda uşaqların xəstə və ya şikəst doğulmasına gətirib çxarır. Paşayeva vurğulayıb ki, ölkədə talassemiyalı xəstələrin sayı ildən-ilə artır. Onun fikrincə, bunun əsas səbəbi də bir-birinə qohum olan gənclərin evlənməsidir. Deputatın Ailə Məcəlləsinə təkliyf etdiyi digər dəyişiklik nigahdan əvvəl nigah müqaviləsinin bağlanması haqqında olub. Paşayevanın sözlərinə görə, boşanmış qadınlar əksər hallarda onlara düşən mülkiyyəti ala bilmirlər və uzun illər məhkəmə çəkişmələrinə cəlb olunurlar.

Milli Məclisin sədri Oqtay Əsədov məsələ ilə bağlı təkliflərini hazırlayıb parlamentin müvafiq komissiyasına təqdim etməyi tövsiyə edib: "Mən belə məsələlərin əleyhinə deyiləm. Təkliflərinizi hazırlayın, müzakirə edək".

Xəbər lenti

Xəbər lenti