...

Azərbaycan Kommunist Partiyasına yeni sədr seçiləcək

Siyasət Materials 6 İyun 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının gələn ay növbədənkənar qurultayı keçiriləcək. Bu barədə partiyanın sədr müavini Rüstəm Şahsuvarov məlumat verib.

Şahsuvarov qeyd edib ki, hazırda qurultaya hazırlıq gedir. Onun sözlərinə görə,

Qurultayda təşkilati məsələlərə baxılacaq, struktur dəyişikliyi ediləcək, sədr seçkisi olacaq.

Şahsuvarov onu da deyib ki, səhhətindəki problemlərlə əlaqədar partiyanın sədri Ramiz Əhmədov işə çıxmadığı üçün Kommunist Partiyasının siyasi fəaliyyətində süstlük yaranıb. Sədr müavini deyib ki, yaxın zamanda partiyanın fəaliyyətində yeniliklər baş verəcək.

Kommunist Partiyası müxalifət daxili inteqrasiyada iştirak etmir. Şahsuvarov bunu Kommunist Partiyasının digər partiyalarla eyni mövqeyi bölüşməməsi ilə əlaqələndirib.

Müxalifətyönlü, sol təmayüllü Kommunist Partiyası 1993-cü ildə Əhmədovun rəhbərliyi ilə yaradılıb. Partiya 1999-cu ildə "Sosial Azərbaycan" blokunda təmsil olunub. Əhmədov 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Xəbər lenti

Xəbər lenti