...

Səfir: "İstanbulda QİƏT-in ybiley sammitinə hazırlıq aparılır"

Siyasət Materials 6 İyun 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend E.Huseynov, A.İsmayılova/ İyunun 25-də İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) yubiley sammitinin keçirilməsi üçün hazırlıq işləri aparılır. Bu barədə çərşənbə günü Ankaradan telefon vasitəsilə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ilin iyununda İstanbulda yaradılıb və 11 ölkəni birləşdirir. QİƏT-in məqsədi ticarət və sənaye, energetika, nəqliyyat, rabitə, elm və texnika, kənd təsərrüfatı, ekologiya, turizm və digər sahələrdə regional, çoxtərəfli əməkdaşlığın təşviqidir. QİƏT-in iştirakçı ölkələri Azərbaycan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə və Ukraynadır.

Həşimovun sözlərinə görə, mayın 14-də iştirakçı ölkələrin ekspert nümayəndə heyətləri Türkiyənin Antalya şəhərində sammitin gündəlik və proqramının ilkin variantlarını müzakirə edib. Həmçinin prezidentlərin görüşündə müzakirə olunub qəbul olunacaq sənədlərin layihələri də hazırlanıb. "Bu sənədləri yüksək səviyyədə ekspert nümayəndə heyətləri iyunun 23-də İstanbulda keçiriləcək görüşdə bir daha müzakirə edəcək, daha sonra iyunun 24-də həmn sənədlər xarici işlər nazirləri Şurasının görüşündə nəzərdən keçiriləcək" - deyə səfir əlavə edib.

Həşimov həmçinin bildirib ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. Əliyev iclasda çıxış etmək və hələ təsdiqlənməmiş ikitərəfli görüşlər keçirmək niyyətindədir.

İstanbul sammiti QİƏT-in 15 illiyi münasibətilə keçirilir. Təşkilatın 10 illiyi ilə bağlı yubiley sammiti də İstanbulda 2002-ci il iyunun 25-də keçirilib.

Xəbər lenti

Xəbər lenti