...

Küveyt və Bəhreyn XİN başçıları Bakıya gəlir

Siyasət Materials 6 İyun 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Küveyt xarici işlər naziri şeyx Məhəmməd əl-Sabah və Bəhreyn xarici işlər naziri Xaleda əl-Xalifin iyunun 8-9-da Bakıya gözlənilən rəsmi səfəri zamanı bu ölkələrin Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Bu barədə çərşənbə günü Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib. Küveyt və Bəhreyn XİN başçılarının Azərbaycana səfəri onların Orta Asiya ölkələrinə turnesi çərçivəsində baş tutacaq.

Abdullayevin sözlərinə, səfər zamanı Küveyt və Bəhreyn xarici işlər nazirləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfirin bildirdiyinə görə, səfər çərçivəsində hər hansı sənədlərin imzalanacağı gözlənilmir. XİN-lərarası məsləhətləşmələrə dair protokol artıq Azərbaycan XİN başçısının yanvarda Küveytə etdiyi səfər zamanı imzalanıb. Güman olunur ki, Küveyt və Bəhreyn xarici işlər nazirlərini ölkənin digər rəsmi şəxsləri də qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti