...

Azərbaycan pezidenti Böyük Britaniya parlamenti İcmalar palatasının nümayəndə heyətini qəbul edibdib

Siyasət Materials 7 İyun 2007 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan pezidenti İlham Əliyev cümə axşamı Böyük Britaniya parlamenti İcmalar palatasının Xarici əlaqələr komitəsinin sədri Mayk Qeypsin rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir. Mayk Qeyps Azərbaycanda gedən inkişaf proseslərinin onlarda böyük maraq doğurduğunu, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə yaxından əməkdaşlıq etdiklərini bildirib. Qonaq Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilmiş qlobal enerji layihələrində Böyük Britaniyanın bp şirkətinin iştirakından məmnun olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını və bunun ikitərəfli münasibətlərin inkişafına dəyərli töhfə verdiyini, Azərbaycanın neft strategiyasının həyata keçirilməyə başlandığı dövrdən Böyük Britaniyanın bp şirkətinin bu işdə çox fəal iştirak etdiyini vurğulayıb. Prezident bu səfərin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı olacağına əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti