...

Yanğın nəticəsində bu il Azərbaycanda 26 nəfər həlak olub

Siyasət Materials 8 İyun 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bu ilin birinci rübündə Azərbaycanda 1035 yanğın hadisəsi qeydə alınıb, nəticədə 26 n?f?r dünyasını dəyişib. Bu barədə cümə günü keçirilən kollegiya iclasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Ötən il ümumilikdə Azərbaycanda 2818 yanğın hadisəsi baş verib. Bunun nəticəsində 19 insan həlak olub. Mirzəyev bu il yanğınsöndürmə briqadaları üçün 53 ədəd "KaMAZ" markalı yanğınsöndürmə maşını, Fransa istehsalı olan bir avtoçən və avtonərdivan, Almaniyanın "Zigler" firmasının istehsalı olan 84, Fransanın "Camila" firmasının istehsalı olan 88 ədəd müxtəlif texnikanın ölkəyə gətiriləcəyini bildirib.

Mirzəyev FHN tərəfindən ötən dövrdə 30 mindən artıq yanğın təhlükəsizliyi tədbirlərinin keçirildiyini vurğulayıb. Həmçinin işlərində yol verdikləri nöqsanlara görə bir sıra rayonların yanğın təhlükəsizliyi idarələrinin rəhbərləri və əməkdaşları tutduqları vəzifələrdən azad edilib.

Xəbər lenti

Xəbər lenti