...

Vəhdət Partiyası Azərbaycan prezidentinə müraciət ünvanlayıb

Siyasət Materials 11 İyun 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vəhdət Partiyası Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Azərbaycan Konstitusiyasında təsbit edilmiş normalara əsasən, qiymət siyasəti Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Lakin bu sahənin Tarif Şurasına həvalə edilməsini Vəhdət Partiyası düzgün saymır. Partiya Tarif Şurasının ləğv edilməsi və qiymətlərin müəyyənləşdirilməsi hüququnun yenidən Nazirlər Kabinetinə qaytarılmasını məqsədəuyğun sayır.

Partiya hesab edir ki, enerjidaşıyıcıların qiymətlərinin əhalinin gəlirləri ilə uzlaşdırılması üçün Nazirlər Kabinetində mütəxəssislərin iştirakı ilə bu məsələyə yenidən baxılmalıdır: "Çünki Tarif Şurasının qərarı ilə enerjidaşıyıcıların qiymətinin artırılması əhalinin aztəminatlı hissəsində narahatlıq yaradıb. Həmçinin aztəminatlı vətəndaşların gəlirləri, onların istehlak büdcəsi ilə uyğunsuzluq təşkil edir" - deyə müraciətdə bildirilir.

Vəhdət Partiyası Azərbaycanda iqtisadi inkişaf tempinin daha da yüksəldilməsi üçün digər təkliflərini də təqdim edib.

Vəhdət Partiyası 2006-cü ilə qədər müxalifət mövqeyində olub. Azərbaycan Ali Məhkəməsinin keçmiş sədri, sabiq millət vəkili Tahir Kərimlinin sədrlik etdiyi partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti