...

Baş nazir: Serbiya Azərbaycanın suverenliyini, sərhədlərinin bütövlüyünü, toxunulmazlığını dəstəkləyir

Siyasət Materials 11 İyun 2007 17:03 (UTC +04:00)
Baş nazir: Serbiya Azərbaycanın suverenliyini, sərhədlərinin bütövlüyünü, toxunulmazlığını dəstəkləyir

Rusiya, Sankt-Peterburq/ Trend müxbir R.Ağayev/ Əgər biz ərazi bütövlüyünə hörmət və hər bir dövlətin suverenliyindən danışırıqsa, onda bu istisnasız olaraq bütün dövlətlərə, əlbəttə ki, Azərbaycana da aid olmalıdır. Bu barədə Sankt-Peterburq iqtisadi forumu çərçivəsində mətbuat konfransında Trend in xüsusi müxbirinin Ermənistan-Azərbaycan münaqişəsində Serbiyanın mövqeyi ilə bağlı sualını cavablandırarkən Serbiyanın baş naziri Voislav Koştunitsa bildirib.

"Mən tez-tez bunu onunla müqayisə edirəm ki, hər bir dövlətin konstitusiyası orda yaşayan hər bir vətəndaşın təhlükəsizliyinə zəmanət verir. İndiki halda isə BMT-nin Nizamnaməsi hər bir dövlətin ərazi bütövlüyünü və toxunulmazlığını qorumağa yönəlmiş dünya konstitusiyasıdır. Ən böyük mənasız mövqe odur ki, Kosovo məsələsini yer kürəsinin digər hissələrini təhlükə altında qoymamaqla belə düzgün həll etmək olar. Əgər Serbiyanın bütövlüyünə hörmət olunsa, onda bu, bütün dövlətlərin ərazisinə yayılacaq",-deyə o bildirib.

Nazir əmindir ki, əgər Serbiyanın ərazi bütövlüyünə hörmət olunmazsa, onda dünyanın müxtəlif bölgələrində münaqişəli məsələlər baş qaldıra bilər və dünya xəritəsi tamamilə başqa cür görünə bilər. "Əgər beynəlxalq hüquq və beynəlxalq tanınma prinsipləri pozulursa, Kosovo münaqişəsinin heç bir sivilizasiyalı həll üsulu mövcud deyil. Yeganə həll yolu - yüksək səviyyədə muxtariyyətin verilməsidir ki, bu zaman heç kim Belqradı Kosovonun daxili işlərinə qarışmaqda günahlındıra bilməz və Serbiyanın ərazi bütövlüyünə hörmət olunmuş olar. Belqrad Kosovo və Metoxiiyada yaşayan serblərin hüquqlarının müdafiəsi, qaçqınların geri qayıtması, tarixi-mədəni və dini abidələrin qorunmasında maraqlıdır, amma bu o demək deyil ki, Belqrad Kosovo quruluşuna müdaxilə edəcək. Amma eyni zamanda Serbiyanın ərazi bütövlüyünə hörmət olunmalıdır",-deyə Serbiyanın baş naziri Voislav Koştunitsa bildirib.

Xəbər lenti

Xəbər lenti