...

Müxalifətyönlü blok köhnə siyasi liderlərin yenidən seçkiyə qatılmasının əleyhinədir

Siyasət Materials 14 İyun 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət daxilində vahid namizəd müəyyən edilməsi təşəbbüsləri bu düşərgənin parçalanmasına gətirib çıxaracaq. Müxalifətyönlü "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan bu barədə açıqlama verib.

O bildirib ki, müxalifətçi millət vəkili Pənah Hüseynin və digərlərinin təklif etdiyi kimi, 2008-ci ildə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi təklifləri uğursuz taktikadır. Bəyturanın fikrincə, bu taktika müxalifətdaxili parçalanmalara səbəb olacaq. O həmçinin hesab edir ki, ənənəvi müxalifətin seçkiyə qatılmasının əleyhinədir: "Dəfələrlə məğlubiyyət acısını dadan siyasi liderlərin yenidən namizədliyinin irəli sürülməsi məqsədəuyğun deyil. Hazırda ən önəmli olan demokratik seçki uğrunda bütün siyasi qüvvələrin əməkdaşlıq etməsidir. Vahid namizəd ideyası isə yalnız iqtidarın maraqlarına uyğundur"-deyə blok sədri qeyd edib.

"Bizim Azərbaycan" bloku səkkiz müxalifətyönlü partiyanı birləşdirir.

Xəbər lenti

Xəbər lenti