Ukrayna, Kiyev /xüsusi müxbir Trend E.Hüseynov/ Çərşənbə günü Ukrayna prezidenti Viktor Yuşenko Kiyevdə Trend agentliyinə və Azərbaycanın bir çox telekanallarına verdiyi müsahibədə bildirib ki, Ukrayna normal demokratiya yolu ilə gedir və baş verən prosesləri Ukraynada demokratiyanın yaradılması epizodları hesab etmək olar.
"Elə bir ölkə yoxdur ki, siyasi böhranla üzləşməsin, o çümlədən də Ukrayna və Azərbaycan. Əsas məsələ bu böhrandan çıxmağın yollarıdır" -deyə o bildirib.
Ukrayna prezidenti hesab edir ki, dərin parlament böhranının səbəbi ondan ibarətdir ki, 169 deputat Ukraynanın Ali Sovetinin tərkibindən çıxmaq haqda ərizə təqdim edəndə, parlament və siyasi qüvvələr arasında aylarla dialoq baş tutumayıb, parlamentdə korrupsiya hökm sürəndə deputatların 200-dən yaxud yarısıdan çoxu Ali Şuranın iclasını tərk edib.
"Böhranı həll etmək cəhdlərinin nəticəsi cari ilin sentyabrın 30-da növbədənkənar parlament seçkiləri keçirmək barədə siyasi razılışma, parlamenti buraxmaq, demokratik seçkilərin keçirilməsini təmin etmək, ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olmasına yol açacaq paketin, həmçinin iqtisadi paketin qəbuluna şərait yaratmağa kömək edəcək qanun layihələrinin qəbulu oldu" - deyə o vurğulayıb. Yuşenkonun sözlərinə görə, bu şərtlər yerinə yetirilib: "Bu demokratik plan baş tutdu. Mən onu 2 ay bundan əvvəl təqdim etmişdim və çox az dəyişikliklərlə bu plan böhrandan çıxış yolu üçün formula çevrildi".
"Bu gün demək olar ki, Ukraynada vəziyyət sabitdir və nəzarət altındadır, ictimai səviyyədə heç bir ziddiyyətlər olmayıb və yoxdur. Çünki münaqişə ictimai xarakterli deyil, siyasi və parlament qüvvələrinin münaqişəsidir. Xoşbəxtlikdən biz bu münaqişəni siyasi qarşıdurma səviyyəsində saxlaya bildik, ondan çıxmaq üçün ssenari tapa bildik"- deyə prezident qeyd edib.
Yuşenkonun sözlərinə görə, bu böhrandan çıxmaq üçün güc tətbiq etmək haqqında plan belə mövcud olmayıb: "Amma bəzən elə anlar olub ki, hər iki tərəf qarşıdurmaya yaxın olublar. Məsələn, daxili işlər nazirinin sərancamına görə, Baş Prokurorluğa "Berkut"un xüsusi bölmələri daxil oldu və buna görə də o cəzalandırılacaq".
Yuşenkonun fikrincə, Ukraynaya bu münaqişəni siyasi yolla həll etmək müəssər olub: "Bu da hökumətə və xalqa çox gözəl komplimentdir və bu, bir daha göstərir ki, siyasi dialoq aparmaq üçün kifayət qədər yüksək demokratik potensial var"