...

Ukrayna prezidenti Bakıya gəlib

Siyasət Materials 18 İyun 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" dövlət başçılarının sammitində iştirak etmək üçün Ukrayna prezidenti Viktor Yuşenko Bakıya gəlib.

Sammit çərçivəsində Ukrayna prezidenti Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Valdas Adamkus və Polşa prezidenti Lex Kaçinski ilə ikitərəfli görüşlər keçirəcək. İyunun 19-da Viktor Yuşenko çıxışının da planlaşdırıldığı GUAM Sammtinin plenar iclasında iştirak edəcək. Sammitin işi yekunlaşdıqdan sonra "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM-ın Bakı bəyannaməsi"nin imzalanma mərasimi olacaq. Sənədi Ukrayna, Azərbaycan, Gürcüstan prezidentləri və Moldova baş naziri Vasili Tarlev imzalayacaqlar. Bundan sonra, onların mətbuat konfransı planlaşdırılıb.

Ukrayna dövlət başçısını Azərbaycana səfərində Dövlət Gömrük Xidmətinin sədri Aleksandr Eqorov, Dövlət Sərhəd Xidmətinin rəisi Nikolay Litvin, Nüvə tənzimlənməsi məsələləri üzrə Dövlət Komitəsinin sədri Yelena Mıkolayçuk, Prezident katibliyinin sədr müavini Aleksandr Çalıy və fövqəladə hallar naziri Nestor Şufriç müşayiət edir.

Xəbər lenti

Xəbər lenti