...

ABŞ beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 18 İyun 2007 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ ABŞ Avropa Birliyi ilə gələcək əməkdaşlıqda GUAM ölkələrinin maraqlarını alqışlayır. Bu haqda bazar ertəsi Bakıda GUAM-ABŞ formatında keçirilən görüşün yekunlarına dair yayılan məlumatda deyilir.

Məlumatda bildirilir ki, ABŞ GUAM-ı regional bir təşkilat kimi qəbul edir və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir.

Tərəflər Virtual Hüquq Müdafiə Mərkəzinin yaradılmasının, onun potensialının və reallaşmasının mühümlüyünü vurğulayıblar, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq istiqamətində, eləcə də Avropa-Asiya-Transxəzər nəqliyyat dəhlizinin genişləndirilməsi, enerji daşımalarının diversifikasiyası vasitəsilə enerji təhlükəsizliyini artırmaq və təbii qaz əməliyyatları və neftin ixracı ilə bağlı infrastrukturun inkişafı istiqamətində səy göstərməyə hazır olduqlarını bildiriblər.

GUAM ölkələri və ABŞ siyasi dialoq və əməkdaşlığı gücləndirməyə çağırıblar. Payızda Vaşinqtonda GUAM-ABŞ formatında növbəti görüş keçirilməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti