...

Parlament komitəsinin sədri: GUAM-ın Bakı sammiti yüksək səviyyədə məhsuldar olub

Siyasət Materials 19 İyun 2007 20:37 (UTC +04:00)
Parlament komitəsinin sədri: GUAM-ın Bakı sammiti yüksək səviyyədə məhsuldar olub

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Kote Qabaşvili "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"-ın 18-19 iyun Bakı sammitini "məhsuldar" hesab edir.

Qabaşvili çərşənbə axşamı bildirib ki, "kifayət qədər çox qətnamənin qəbul oluması bunun sübutudur. Belə ki, heç vaxt bu cür olmayıb". Bakı sammitində müxtəlif sahələrdə 10-dan çox sənəd qəbul olunub.

Parlament komitəsinin sədri hesab edir ki, GUAM "ciddi" və "əhəmiyyətli" təşkilat kimi bərqərar olur. "Sammitin gedişində GUAM dövlət başçılarının sülhməramlı qüvvələrin formalaşdırılması, "Böyük Ipək Younun bərapası" və digər məsələlər barədə ciddi bəyanatları olub",-deyə o qeyd edib.

Qabaşvili xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin GUAM-ı "hamının hesablaşmalı olduğu ciddi bir Avropa təşkilatı" adlandırmasını qeyd edib. "Xüsusi diqqəti Azərbaycan və Gürcüstan prezidentlərinin daha fəal tələb etdiyi GUAM çərçivəsində sülhməramlı qüvvələrin yaradılmasına yönəltmək lazımdır", - deyə komitə sədri bildirib.

Qabaşvili hesab edir ki, GUAM-ın "yüksək səviyyəli" sülhməramlı kontingenti Gürcüstan və Azərbayacan ərazisindəki münaqişələrin tənzimlənməsinə yardım edəcək.

GUAM formatı postsovet ölkələri tərəfindən 1999-cu ildə MDB-yə alternativ olaraq yaradılıb. 2006-cı ildə Kiyevdə keçirilən ilk sammitdə GUAM-ı yeni- "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" adı altında beynəlxalq təşkilat elan etmək barədə qərar qəbul olunub.

İyunun 19-da Bakıda baş tutan GUAM-ın ikinci sammitində təşkilata sədrlik Ukraynadan Azərbaycana keçib.

Xəbər lenti

Xəbər lenti