...

Azərbaycan Demokrat Partiyası Qarabağ probleminin həlli yollarına dair konsepsiya hazırlayıb

Siyasət Materials 20 İyun 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) Qarabağ probleminin həlli yollarına dair konsepsiya hazırlayıb. Bu barədə ADP-nin sədr müavini Zakir Hüseynov məlumat verib.

ADP-nin Ali Məclisi həmin konsepsiyanın ilkin layihəsini müzakirə edib. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün ADP-nin təklifləri, Qarabağ münaqişəsinin həlli yollarına dair mövqeyi göstərilib, həmçinin bu münaqişənin yaranma səbəbləri, nəticələri, indiyə qədər problem ətrafında yaranmış vəziyyət təhlil edilir.

Konsepsiyanın Azərbaycanın dövlət başçısına təqdim edilməsi, həmçinin iqtidarla dialoq baş tutarsa, həmin görüşdə müzakirəyə çıxarılması nəzərdə tutulur.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti