Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Prezident Sarayında Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru Zurab Melikişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezident Aparatından məlumat verilib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkənin müxtəlif regionlarının əməkdaşlığının əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsini verdiyi bildirilib. Bu səfərin münasibətlərimizin bundan sonra da inkişafına xidmət göstərəcəyinə əminlik ifadə olunub.