...

Payızda Azərbaycanda yaşayış minimumu və pensiyaların baza hissəsinin artırılması gözlənilir

Siyasət Materials 21 İyun 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan parlamentinin payız sessiyasında pensiyaların baza hissəsinin artırılması məsələsi müzakiryə çıxarılacaq. Bu barədə Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyev cümə axşamı jurnalistlərə açıqlamasında məlumat verib.

Millət vəkili bildirib ki, parlament son illərdə əhalinin sosial müdafiəsini əhatə edən bir sıra qanunlar qəbul edib və Milli Məclisin hər sessiyada qanuna əlavə və dəyişikliklər etməsinə ehtiyac yoxdur: "Bu ilin yanvarında prezident şəhid ailələrinə əlavə təqaüd verilməsi və minimum pensiyanın 50 manata qədər artırılmasına dair sərəncamlar verib. Həmçinin yaşayış minimumu bu ildən başlayaraq 64 manat həcmində müəyyənləşdirilib. Parlamentin payız sessiyasında bu rəqəm bir qədər də artırılacaq. Ünvanlı sosial yardım alan şəxslər üçün ehtiyac meyarının məbləği 35 manat qaldırılıb. Payızda pensiyaların baza hissəsinin artırılmasına baxılması gözlənilir" - deyə Quliyev məlumat verib.

Xəbər lenti

Xəbər lenti