...

"Bizim Azərbaycan" blokunun sədri dövlət başçısına müraciət ünvanlayıb

Siyasət Materials 21 İyun 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" blokunun sədri, Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə cümə axşamı Bəyturan məlumat verib.

O, müraciətində ömürlük həbsə məhkum edilmiş məhbusların cəzasının 15 illik həbslə əvəzlənməsini xahiş edib. Bəyturan müraciətində qeyd edib ki, ömürlük həsbə məhkum edilənlər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər də var: "Keçmiş döyüşçülərin durumuna humanist yanaşılması cəmiyyətdə də böyük rəğbətlə qarşılanar. İnsanlar şahidi olarlar ki, vətən uğrunda döyüşənlər hətta səhvləri olsa belə dövlət tərəfindən unudulmurlar"-deyə müraciətdə bildirilir.

"Bizim Azərbaycan" blokunda müxalifətyönlü, mərkəzçi səkkiz partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti