...

AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Müxalifət Avropa Şurası ilə Azərbaycan arasında münasibətləri düzgün başa düşmür"

Siyasət Materials 29 İyun 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müxalifət Avropa Şurası ilə Azərbaycan arasında münasibətləri düzgün başa düşmür. Bu barədə cümə günü telefonla Strasburqdan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

"Ona görə ki? Azərbaycanla Avropa Şurası arasında əlaqələr konsturuktiv şəkildə inkişaf edir və bütün əlaqələr qarşılıqlı hörmət və anlaşma əsasında qurulur", -deyə Seyidov əlavə edib.

Onun fikrincə, Avropa Şurası ilə Azərbaycan arasında heç bir problem olmayıb və bundan sonra da ola bilməz.

Seyidov hesab edir ki, AŞPA-nın yay sessiyası Azərbaycan üçün çox konsturuktiv və problemsiz keçib: "Hər hansı kəskin bir problem və məsələ olmadı. Müxalifət iddia edirdi ki, AŞPA-nın yay sessiyasında Azərbaycan üçün problem olacaq. Amma bunun heç bir əsası yox idi. Sessiyanın gedişi də bunu təsdiq etdi".

Strasburqda AŞPA-nın yay sessiyası keçirilir. İyunun 25-də başlayan sessiya bu gün başa çatır. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Lakin iclaslarda Azərbaycanla bağlı məsələlər müzakirə olunmayıb.

Xəbər lenti

Xəbər lenti