...

Əgər ABŞ RMS-lə bağlı təklifi qəbul edərsə, Rusiya Kalininqrad vilayətində raket qüvvələri yerləşdirməkdən imtina edəcək

Siyasət Materials 4 İyul 2007 17:02 (UTC +04:00)

Rusiya baş nazirinin müavini Sergey İvanov bəyan edib ki, əgər ABŞ RMS-lə bağlı təklifi qəbul edərsə, Rusiya Kalininqrad vilayətində raket hərbi qüvvələrinin yerləşdirilməsindən imtina edəcək. Bu barədə xəbəri İTAR-TASS yayıb.

"Əgər bizim təkliflərimiz qəbul olunarsa, Rusiyanın Çexiya və Polşada RMS elementlərinin yaradılması ilə yaranan təhlükəni dəf etmək üçün ölkənin Avropa hissəsində, həmçinin Kalininqrad vilayətində raket hərbi qüvvələrinin yerləşdirməsinə ehtiyac olmayacaq",-deyə İvanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın müsbət cavabı "aşkar şəkildə reaksiya göstərilməsini aradan qaldıracaq, belə ki, biz biganə qala bilmərik, öz təhlükəsizliyimiz haqqında düşünməliyik".

Xəbər lenti

Xəbər lenti