...

Azərbaycan prezidenti Rusiyalı həmkarını Soçinin olimpiya oyunlarının paytaxtı seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 6 İyul 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Azərbaycan prezidenti İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putini Soçi şəhərinin 2014-cü il qış olimpiya oyunlarının paytaxtı seçilməsi münasibətilə təbrik edib. "Sizi və bütün Rusiya xalqını Soçi şəhərinin 2014-cü il qış olimpiya oyunlarının paytaxtı seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sevinirəm ki, milyonlarla rusiyalının olimpiya arzusu həyata keçib". Cümə günü Azərbaycan prezidentinin mətbuat xidməti tərəfindən yayılan təbrikində belə deyilir.

"Rusiyanın seçkiqabağı morofonda qələbəsi rus xalqının böyük idman məqsədi ətrafında birliyinin və həmrəyliyinin, əvəzsiz rus idmanının xidmətlərinin etirafının, Beynəlxalq Olimpiya Komitəsinin sizə, Rusiyanın dinamik olaraq artan imkanlarına olan etibarının sübutudur. Əminəm ki, təşkilati səviyyəsinə, miqyasına, əldə olunan idman nəticələrinə, möhtəşəmliyinə görə, Soçi olimpiya oyunları tarixində yeni parlaq səhifə olacaq və beynəlxalq olimpiya hərəkatının inkişafına böyük töhfə verəcək". Prezident Əliyevin təbrik məktubunda belə bildirilir.

Xəbər lenti

Xəbər lenti