...

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovada həmrəylik mitinqləri keçiriləcək

Siyasət Materials 9 İyul 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovada (GUAM Birliyi) sentyabrın 22-də eyni vaxtda həmrəylik mitinqi keçiriləcək. Bu barədə bazar ertəsi "Azərbaycan yolu" Siyasi Hərəkatından məluat verilib.

Hərəkatın rəhbəri, GUAM-a üzv ölkələrin müxalif siyasi hərəkat və partiyalarının Koordinasiya Şurasının sədri İlqar Qasımov Ukrayna Sosialist Tərəqqi Partiyasının növbəti 19-cu qurultayında iştirak edib. O, qurultayda çıxışı zamanı GUAM ölkələrinin üzləşdiyi ərazi probleminə toxunub, bu münaqişələrin həlli üçün dörd ölkənin siyasi təşkilatlarının həmrəylik nümayiş etdirməsini təklif edib. Qasımov belə həmrəyliyin təşkili məqsədilə Gürcüstanda, Ukraynada, Azərbaycanda və Moldovada sentyabrın 22-də həmrəylik mitinqlərinin keçirilməsini təklif edib. Təklif qurultay iştirakçıları və GUAM-a üzv ölkələrin digər siyasi partiyaları tərəfindən yekdilliklə qəbul edilib.

Xatırladaq ki, qonşu Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti