...

Payızda Azərbaycanın NATO ilə Fərdi Əməkdaşlıq Planının ikinci mərhələsi üzrə danışıqlara start veriləcək

Siyasət Materials 9 İyul 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyevin bazar ertəsi verdiyi məlumata görə, Azərbaycanın NATO ilə Fərdi Əməkdaşlıq Planının ikinci mərhələsi üzrə danışıqlar payız aylarında Bakıda keçiriləcək.

Diplomatın sözlərinə görə, məsləhətləşmələr NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsun səfəri çərçivəsində aparılacaq. Əməkdaşlığın ikinci mərhələsi 2007-2009-cu illəri əhatə edəcək. Azərbaycanın NATO ilə əməkdaşlığının birinci mərhələsi (2005-2007) bu ilin yazında sona çatıb.

Xəbər lenti

Xəbər lenti