...

Gəncədə partladılmamış mərmi aşkarlanıb

Siyasət Materials 28 İyul 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncədə yerləşən hərbi şəhərcikdə şənbə günü partladılmamış mərmi aşkarlanıb. Trend in bölgə müxbirinin sözlərinə görə, şəhərciyin sakinləri binanın qarşısında oturacağın altında mərmini aşkarladıqdan sonra polis orqanlarına müraciət ediblər.

Hazırda Gəncənin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları mərmi aşkarlanan ərazidə yaşayan sakinləri evakuasiya edib və mərminin zərərsizləşdirilməsi üçün tədbirlər həyata keçirilir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti