...

Azərbaycan prezidenti Yunanıstan inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 Avqust 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycan - Yunanıstan ikitərəfli münasibətlərinin siyasi və iqtisadi sahələrdə genişləndirilməsi zəruridir. Bu sözləri cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Prezident sarayında Yunanıstan inkişaf naziri Dimitris Siufasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident Əliyev Yunanıstanın inkişaf nazirinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Dimitris Siufas Azərbaycan prezidentinə Yunanıstan dövlət başçısı Karolos Papulyasın və baş nazir Konstantinos Karamanlisin salamlarını çatdırıb. O, Bakıya səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində çox mühüm, tarixi razılaşmanın imzalandığını bildirərək qeyd edib ki, bu saziş Azərbaycan-Yunanıstan münasibətlərində yeni imkanlar açacaq.

Xəbər lenti

Xəbər lenti