...

Avropa Birliyinin nümayəndəsi: ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha stimullaşdırıcı addımlar atmalıdır

Siyasət Materials 2 Avqust 2007 19:21 (UTC +04:00)
Avropa Birliyinin nümayəndəsi: ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha stimullaşdırıcı addımlar atmalıdır

Trend in Avropa Evinin rəhbəri Volfanq Şporrer ilə müsahibəsi

- Bizdə olan məlumata görə, artıq Avropa Birliyinin Azərbaycandakı ofisinin təşkili prosesi başlanıb. Ofisin açılışı nə vaxt baş tutacaq və bu Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlğın yaxınlaşmasına təsir edəcəkmi?

- Biz Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin açlışının ilin sonuna qədər baş tutacağını gözləyirik. Azərbaycan və Avropa birliyi arasında mövcud möhkəm münasibətlər nümayəndəliyin açılışından sonra daha da intensivləşəcək. Hazırda mövcud olan razılığa görə, Azərbacana təxminən 20 mln. avro vəsait ayrılıb və Avropa ilə qonşuluq siyasəti məsələləri ilə bağlı siyasi dialoq başlanıb. Enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb və bu proseslər davam etdiriləcək. Hazırda Avropa Komissiyası Azərbaycana kömək edən ən böyük donordur, nümayəndəliyin açılışı isə bizim əməkdaşlığımızı daha uzunömürlü edəcək.

Bundan başqa bu bir sıra dəyişikliklərə səbəb olacaq. Hazırda Avropa Komissiyasının Azərbaycandakı layihələri Brüsseldən idarə olunur, nümayəndəliyin açılışından sonra isə bununla Bakı ofisi məşğul olacaq. Bakıdakı işləri bizim təyin etdiyimiz səfir yerinə yetirəcək.

Qeyri-rəsmi səviyyədə bu əməkdaşlıq daha sıx dioloqlar və dəyirmi masa arxasında danışıqlarla davam etdiriləcək.

Bir vacib aspekti də qeyd etmək istərdim. Nümayəndəliyin açılışı demokratikləşmə və insan hüquqlarının müdafiəsinə müsbət təsir göstərəcək. Bizim hüquq müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə əməkdaşlığımız keyfiyyət və kəmiyyət baxımından daha sıx olacaq.

- Bakıda ATƏT-in, Avropa Şurasının ofisləri fəaliyyət göstərir ki, onlar da demokratikləşmə və insan hüquqları istiqamətində fəaliyyət göstərirlər. Sizin fəaliyyətiniz onların fəaliyyətindən nə ilə fərqlənəcək?

-Bu yaxınlarda Azərbaycan hökuməti Avropaya inteqrasiya nöqteyi-nəzərindən öz üzərinə konkret öhdəliklər götürüb. Bu öhdəliklər Avropa ilə qonşuluq siyasətinin Fəaliyyət Planında əks olunub. Sənəd Azərbaycanın üzərinə insan hüquqları, demokratiya, əmək islahatları və digər sahələrdə siyasi öhdəliklər qoyur. Sizin sualınıza gəldikdə isə bu öhdəliklər öz-özünə həll olunmayacaq. Azərbaycan Avropa Şurası, BMT, İslam Konfransı Təşkilatı qarşısında öhdəliklərə malikdir. Avropa Şurası qarşısında öhdəliklər mühüm yer tutur. Mənim fikrimcə Avropa Şurası və Komissiyası ilə əməkdaşlıq Azərbaycan qarşısında perspektivlər açır.

- Son zamanlar Azərbaycanda həm hökumət, həm də vətəndaş cəmiyyəti səviyyəsində Avropaya inteqrasiya məsələsi müzakirə olunur. Azərbaycan əhalisi Avropaya inteqrasiyaya can atırmı?

- Buradakı insanlarla, xüsusilə də gənclərlə görüşdükdən sonra mən belə bir qərara gəlmişəm ki, ölkə əhalisi Avropaya inteqrasiyaya böyük maraq və həvəs göstərir. Onlar Avropa Birliyinin yeni üzvləri olan Estoniya, Latviya, Çexiya kimi ölkələrin təcrübəsinə arxalanırlar. Lakin elə insanlar da var ki, Azərbaycanı Avropaya inteqrasiya etməyən ölkələrlə bir sırada görür və Avropa yolunu Azərbaycan üçün qəbuledilməz hesab edirlər. Bu istiqamətdə irəliləyiş əsasən Azərbaycan hökumətindən asılıdır, onun qarşısında Fəaliyyət Planında əks olunmuş konkret tapşırıqlar qoyulub və Avropa istiqamətində növbəti addımlar bu sənəddə göstərilib. Əsas məsələ odur ki, demokratik cəmiyyətdə vətəndaşlar hökuməti seçmək imkanına malik olmalıdırlar.

- Azərbaycanda keçiriləcək prezident seçkilərindən hansı nəticələri gözləyirsiniz?

- Məncə bu barədə danışmaq hələ tezdir. Ümid edirik ki, seçkilər Avropa standartlarına uyğun keçiriləcək. Mən ATƏT və Avropa Birliyinin Azərbaycan hökumətini seçki mexanizminə dəyişiklikləri nəzərdə tutan tövsiyələri barədə məlumatlandırılmışam. Avropa Birliyi Fəaliyyət Planında yer almış bu tövsiyələri tamamilə dəstəkləyir. Demokratik seçkilər kimin qalib gəlməsindən asılı olmayaraq Avropaya inteqrasiya baxımından çox mühüm addımdır.

Seçkilərdə QHT nümayəndələri və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin iştirakı yüksək qiymətldəndirilir. Onların əsas tapşırığı bu istiqamətdə tövsiyələr hazırlamaq və seçki prosesinə birbaşa nəzarət etməkdir. Məsələ təkcə onların seçki günündə iştirakından getmir, seçkilərlə bağlı olan əsas işlər seçki prosesinə qədər də həyata keçirilməlidir. Əsas məqamlar namizəldərin KİV-ə çıxışı və seçicilərin siyahısının düzgün tərtib edilməsidir. Mən hesab edirəm ki, əgər Azərbaycan hökuməti Fəaliyyət Planını bəndlərini indi icra etməyə başlasa təbii olaraq seçki prosesi daha şəffaf olacaq.

- Mən Azərpbaycanın Avropaya inteqrasiyası məsələsinə qayıtmaq istərdim. Bir faktı da nəzərə almaq lazımdır ki, Azərbaycan müsəlman ölkəsidir və burada şərq dünyasının təsiri hiss olunur. Azərbaycan İranın qonşuluğunda yerləşir. Siz necə fikirləşirsiniz, Azərbaycan cəmiyyətində hansı təsir daha çox üstünlük təşkil edir?

- Bu haqda danışmaq çətindir, çünki mən statistik məlumatlara malik deyiləm. Amma onu bilirəm ki, Azərbaycan və onun vətəndaşları seçki hüququna malikdir. Mən Azərbaycanda radikal islamın təsiri atında olan insanlar tanımıram. Hesab edirəm ki, hər bir kəs din seçimində azaddır. Qeyd etmək istəyirəm ki, Avropaya inteqrasiya və islam postulatları bir-birinə zidd deyil, əksinə üst-üstə düşür. Həm islamda, həm də Avropa standartlarında dəyərlərə hörmət prinsipləri var. Avropa Birliyinin dəyərlərinə hörmət etmək istəyən şəxs həm də əsl müsəlman ola bilər. Mənim görüşdüyüm insanlar arasında müsəlmanlar da var və mən deyə bilərəm ki, onlar Avropaya inteqrasiya ilə bağlı yüksək fikirlərə malikdirlər.

- Son məlumatlara görə, Azərbaycan və Avropa Birliyi arasında ticarət dövriyyəsinin səviyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 65%-ə qədər çatıb. İqtisadi faktor Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığa necə təsir göstərir?

- Sıx iqtisadi əlaqələr yüksək qiymətləndirilir. Amma bu göstəricidə neft və qeyri-neft sektorunun payının necə bölündüyünü müəyyən etmək lazımdır. Mən hesab edirəm ki, neftin çatdırılması Avropa Birliyi dəyərləri və insan hüquqları ilə bağlı məsələlərə güclü təsir göstərmir və əlbəttə ki, ticarətin və qeyri-neft sektorunun üstünlüyü çox vacibdir. Bizim siyasətimiz konkret olaraq buna əsaslanıb. Biz çalışırıq ki, Azərbaycanın istehsal etdiyi məhsullar Avropa standartlarına cavab versin.

-Azərbaycanda yaşadığınız üçün yəqin ki siz özünüz də burada istehsal olunan qida məhsulları və geyimdən istifadə edirsiniz, elə deyilmi?

-Bu mənim nə almağımdan aslıdır. Misal üçün, Azərbaycanda pomidor, xiyar kimi tərəvəzlərin keyfiyyəti Avropa standartlarından daha yüksəkdir. Digər məhsullara gəldikdə isə idxal olunan məhsulların qiyməti Avropa Birliyindən idxal olunan məhsulların qiymətindən yüksəkdir.

- Bəs isttehsal olunan məhsulların keyfiyyəti necə?

-Keyfiyyət də fərqlənir. Mən standartlar barədə danışarkən təkcə keyfiyyəti nəzərdə tutmuram. Bu əsasən istehsal qaydaları və Avropanın texniki standarlarıdır. Elə məhsullar var ki, keyfiyyəti çox yüksəkdir, lakin onlar Avropa stanndartlarına uyğun olaraq istehsal edilmir.

- Avropa Birliyi Azərbaycana növbəti üç il ərzində 92 mln. avro ayırmaq niyyətindədir. Bu vəsait hökumət və vətəndaş cəmiyyəti arasında necə bölüşdürüləcək?

-Bu vəsaitlər hökumətin konkret prioritetləri üçün ayrılacaq. 92 milyondan əlavə Avropra Birliyi 2008-ci ildə Azərbaycana vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş əlavə vəsait ayıracaq.

Mən konkret məbləğin adanı çəkə bilmərəm, amma bu hökumət üçün ayrılmış məbləğdən az olacaq. Avropa Komissiyası Azərbaycana bir neçə sahələrdə yardım edcəyinə söz verib. Buraya qaçqın və məcburi köçkünlərin daimi yurdlarına qaytarılması, ərazilərin minalardan təmizlənməsi, dağıdılmış evlərin bərpası daxildir. Amma hələ biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vəsait ayıra bilmərik, çünki, konkret siyasi həll mövcud deyil. Biz Minsk qrupunun fəaliyyətini dəstəkləyirik, lakin başa düşürük ki, ATƏT daha stimullaşdırııcı addamlar atmalıdır.

Xəbər lenti

Xəbər lenti