...

Müdafiə naziri: Sabah Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt mövqe nümayiş etdirə bilər.

Siyasət Materials 3 Avqust 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Öz torpaqlarını işğaldan azad etmək Azərbaycanın suveren hüququdur və ona görə də nə qədər gec deyil erməni tərəfi bu barədə ciddi düşünməlidir. Bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşavini Mətyu Brayzanı qəbul edərkən deyib.

"Vaxtın itirilməsi ermənilərin özünə ziyandır. Azərbaycan sabah daha sərt mövqe nümayiş etdirə bilər və bunun üçün bizi heç kim günahlandıra bilməz", -deyə Əbiyev əlavə edib.

Görüş zamanı Azərbaycan-ABŞ ikitərfli hərbi əməkdaşlığının prespektivləri, regiondakı hərbi-siyasi vəziyyət, enerji təhlükəsizliyi, Qəbələ RLS-lə bağlı məsələlər müzakirə olunub.

Amerikalı diplomat qeyd edib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü sözsüz qəbul edir, işğal olunmuş torpaqların geri qaytarılması məsələsində rəsmi Bakının mövqeyini bölüşür.

Xəbər lenti

Xəbər lenti